Qanunvericilik › Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir.

12.2. Mühafizəçilərin geyim formaları Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin, prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət orqanlarının xüsusi və ya hərbi geyim formalarından aşkar və aydın şəkildə seçilməlidir. Mühafizəçinin geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

12.3. Özəl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçisinin geyim formasının üzərində həmin müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver