Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Mərkəzi depozitarın fəaliyyəti

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Mərkəzi depozitarın vəzifələri aşağıdakılardır:

17.1.1. qiymətli kağızların saxlanması və uçotunun aparılması;

17.1.2. qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;

17.1.3. qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;

17.1.4. qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;

17.1.5. nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

17.1.6. qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

17.1.7. öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi;

17.1.8. müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;

17.1.9. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələr.

17.2. Mərkəzi depozitar müvafiq lisenziya almadan klirinq və (və ya) investisiya fondunun depozitarı fəaliyyətləri ilə məşğul ola bilər.

17.2-1. Mərkəzi depozitar qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almadan aşağıdakı maliyyə xidmətləri ilə məşğul ola bilər:

17.2-1.1. investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar, habelə kraudfandinq platformasının operatoru üçün pul hesablarının açılması və aparılması;

17.2-1.2. pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərinin göstərilməsi.

17.3. Mərkəzi depozitar müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver