Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17-1

Maddə 17-1. Mərkəzi depozitarın maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər və nəzarət

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17-1.1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, digər aidiyyəti normativ hüquqi aktlar və normativ xarakterli aktlar ilə öhdəlik daşıyan şəxslər üçün nəzərdə tutulan bütün tələblər mərkəzi depozitara da tətbiq olunur.

17-1.2. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Mərkəzi Bank mərkəzi depozitardan onun idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat uçotu sənədlərini, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.

17-1.3. Mərkəzi depozitar tərəfindən təqdim edilən maliyyə xidmətləri üzrə xidmət haqları bu Qanunun 16.16.4-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir.

17-1.4. Mərkəzi depozitar tərəfindən bu Qanunun 17.2-1.1-ci maddəsi ilə müəyyən edilən şəxslər üçün açılan pul hesablarında olan vəsaitlər yalnız həmin şəxslərin sərəncamına uyğun olaraq qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə hesablaşmalar üçün istifadə edilir.

17-1.5. Mərkəzi depozitar tərəfindən açılan pul hesablarında olan vəsaitlər üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver