Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Mərkəzi depozitarın daxili qaydaları

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Mərkəzi depozitarın müşahidə şurası ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:

18.1.1. mərkəzi depozitarın üzvlərinə dair (üzvlüyə daxil olma, üzvlükdən çıxarılma, fəaliyyət və məsuliyyət) tələbləri müəyyən edən qaydaları;

18.1.2. mərkəzi depozitarda depo və pul hesablarının açılması, bağlanması və aparılması qaydalarını;

18.1.3. qiymətli kağız mülkiyyətçilərinin reyestrinin formalaşdırılması və aparılması qaydalarını;

18.1.4. qiymətli kağızların saxlanılması qaydalarını;

18.1.5. qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydalarını;

18.1.6. qiymətli kağızlarların qeydiyyatı və ötürülməsi qaydalarını;

18.1.7. risklərin idarə edilməsi qaydalarını;

18.1.8. xidmət haqlarının ödənilməsi qaydalarını;

18.1.9. məlumatların qorunması və verilməsi qaydalarını.

18.2. Daxili qaydalar təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq mərkəzi depozitar tərəfindən açıqlanmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver