Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Qiymətli kağızlar bazarı haqqında qanunvericilik

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

2.3. Ələt azad iqtisadi zonasında qiymətli kağızlar bazarı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

2.4. Bu Qanun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-2.2-1-ci maddəsi ilə müəyyən edilən qiymətli kağızlara şamil edilmir.

2.5. Kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası, kütləvi təklifi və yerləşdirilməsi “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. (Bu maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver