74-4.1. Lisenziya aşağıdakı əsaslar olduqda Mərkəzi Bank tərəfindən ləğv edilir:
74-4.1.1. bankın və ya xarici bankın yerli filialının müraciəti olduqda;
74-4.1.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya (xarici bankın yerli filialına münasibətdə həmçinin, xarici bankın investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün alınmış lisenziyası) ləğv edildikdə;
74-4.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;
74-4.1.4. lisenziya qüvvəyə mindiyi tarixdən altı ay müddətində həmin bank investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmədikdə;
74-4.1.5. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növləri həyata keçirildikdə;
74-4.1.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsi barədə təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə.
74-4.2. Mərkəzi Bank lisenziyanın ləğvi barədə qərar qəbul etdikdə, məlumatı lisenziyası ləğv olunmuş şəxslərə və vergi orqanlarına dərhal göndərməli və bu Qanunun 70.2-ci maddəsinə uyğun olaraq açıqlamalıdır.