Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 85

Maddə 85. Yerində yoxlamaların həyata keçirilməsi

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

85.1. Mərkəzi Bank lisenziyalaşdırılan şəxslərin və mərkəzi depozitarın bu Qanuna və qiymətli kağızlar bazarına aid digər normativ hüquqi və normativ xarakterli aktlarına riayət edib-etmədiyini, həmçinin onların maliyyə sabitliyini araşdırmaq məqsədi ilə yerində yoxlamaları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir.

85.2. Lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti ilə bağlı yoxlamalar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver