QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 19

Maddə 19. Seçki komissiyalarının fəaliyyətinin təşkilinin ümumi qaydaları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər.

19.2. Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

19.3. Seçki komissiyasının sədri, (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

19.4. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər.

19.5. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiyanın həlledici səs hüquqlu üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır.

19.6. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

19.7. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün bu Məcəllənin 19.6-cı maddəsində göstərilən hallarda əvəz edilməsi məqsədi ilə seçki komissiyalarına əsas üzvlərlə yanaşı eyni şərtlər əsasında irəli sürülmüş əvəzedici üzvlər təyin edilirlər (seçilirlər).

19.8. Seçki komissiyasının iclası haqq Maddə 19. … larına əsas üzvlərlə yanaşı eyni şərtlər əsasında irəli sürülmüş əvəzedici üzvlər təyin edilirlər (seçilirlər).

19.8. Seçki komissiyasının iclası haqqında və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Seçki komissiyasının iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər seçki komissiyasının üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

19.9. Seçki komissiyası iclasının səlahiyyətli olması üçün onun həlledici səs hüquqlu üzvlərinin azı 2/3 hissəsi təyin edilməlidir.

19.10. Seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir.

19.11. Seçki komissiyası üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.

19.12. Seçki komissiyası üzvlərinin azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sə Maddə 19. … dair səsvermə keçirilməlidir.

19.12. Seçki komissiyası üzvlərinin azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil edilməlidir.

19.13. Seçki komissiyasının bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər qeydə alınır.

19.14. Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayır. Seçki komissiyalarının iclasının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq edilir (bu məsələ seçki komissiyasının iclasının gündəliyinə birinci məsələ kimi salınır).

19.15. Seçki komissiyasının qəbul edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər və həmin rəy komissiyanın iclasının protokoluna əlavə edilir. Xüsusi rəy ən geci 3 gün müddətində komissiyanın sədri tərəfindən yuxarı seçki komissiyasına çatdırılmalı, səsvermə günü və səsvermənin ertəsi günü isə onun haqqında təxirə salınmadan məlumat verilməlidir.

19.16. Seçki komissiyası seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və mülki müqavilə əsa Maddə 19. … dumun) hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və mülki müqavilə əsasında ştatdankənar işçilər götürə bilər.

19.17. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyası sədrinin müavini də daxil olmaqla) komissiyanın katibləri və üzvləri arasında vəzifə bölgüsü aparır. Bununla əlaqədar seçki komissiyası sədrinin qəbul etdiyi qərar seçki komissiyası tərəfindən ləğv edilə bilər. Seçki komissiyasının sədri vəzifəsinə görə seçki komissiyası katibliyinin rəhbəri hesab olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver