QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 20

Maddə 20. Seçki komissiyalarına mediada yer ayrılması

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən televiziya və radio yayımçıları təşkilatları seçkilərin hazırlanması və keçirilməsi dövründə hər həftə seçki (referendum) qanunvericiliyini izah etmək, vacib seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddətləri, habelə seçki (referendum) kampaniyasının gedişi haqqında məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq 15 dəqiqədən, bu Məcəllənin 77.3-cü maddəsində göstərilən televiziya və radio yayımçıları təşkilatları isə dairə seçki komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər.

20.2. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən, həftədə azı bir dəfə nəşr edilən dövri mətbu nəşrlərin redaksiyaları seçkilərin (referendumun) hazırlanması və keçirilməsi dövründə Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az olmayan yer ayırırlar.

20.3. Seçki komissiyaları dövri nəşrlərdə ayrılan yerdən seçki (referendum) qanunvericiliyini izah etmək, seçki hərəkətlərinin qaydası və müddəti, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar (siyasi partiyaların blokları), referendum üzrə təşviqat qrupları haqqında, seçki (referendum) kampaniyasının gedişi haqqında seçicilərin suallarına cavab vermək üçün istifadə edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver