QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 39

Maddə 39. Məntəqə seçki komissiyasının işinin təşkili

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Məntəqə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş məntəqə seçki komissiyasının Reqlamenti əsasında qurur.

39.2. Məntəqə seçki komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında qurur.

39.3. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə — azı 4 üzvün, 4 üzv iştirak etdikdə — azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

39.4. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir. Yeddinci fəsil SEÇKİLƏRİN (REFERENDUMUN) HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver