QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 40

Maddə 40. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

40.2. Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

40.3. Müvafiq seçki komissiyalarının iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq üçün bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə almaları və ya müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur. Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir.

40.4. Aktiv seçki hü Maddə 40. … Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir.

40.4. Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən bu Məcəllənin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.

40.5. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər.

40.6. Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, zərurət olduqda isə həm də maraqların təmsil olunacaq namizədin adı, referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşa Maddə 40. … q 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilmədikdə, Mərkəzi Seçki Komissiyasının bu qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.

40.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, zərurət olduqda isə həm də maraqlarını təmsil edən referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qər Maddə 40. … ar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.

40.8. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində media subyektləri nümayəndələrinin iştirak etmək hüququ vardır.

40.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın iclaslarının vaxtı haqqında bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan qaydada məlumatlandırır.

40.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.

40.11. Seçki komissiyaları vətəndaşlara bu Məcəlləyə uyğun olaraq qeydə alınmış namizədlərin hər birinin tərcümeyi-halı, qeydiyyatın nəticələri, namizədlərin siyahısı haqqında və seçki komissiyasına onların barəsində daxil olmuş digər məlumatlar, referenduma çıxarılan məsələ ilə və ya namizədlə əlaqədar səsver Maddə 40. … ahısı haqqında və seçki komissiyasına onların barəsində daxil olmuş digər məlumatlar, referenduma çıxarılan məsələ ilə və ya namizədlə əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər.

40.12. Bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslər, müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər, media subyektlərinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər.

40.13. Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Məcəllənin 40.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.

40.14. Se Maddə 40. … belə müşahidəçilərin sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.

40.14. Seçki komissiyasının bütün üzvlərinin, bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin və müşahidəçilərin hərbi hissələrdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində və Xəzər dənizində yerləşən neft platformalarında yaradılmış seçki məntəqələri də daxil olmaqla, istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir.

40.15. Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, media subyektləri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır.

40.16. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki komissiyası (komissiyaları) göstərilmiş, eləcə də maraqlarını təmsil etdiyi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, qeyri-hökumət təşkilatının adı göstərilən lövhəciyi olmalıdır. Lövhəcik şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə etibarlı sayılır. Müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb edilmir.

40.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilmə Maddə 40. … inin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb edilmir.

40.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver