QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 78

Maddə 78. Mediada seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılmasının ümumi şərtləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilən televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.

78.2. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.

78.3. Müvafiq televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər.

78.4. Özəl televiziya və radio yayımçıları və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Özəl televiziya və radio yayımçıları və dövri nəşrlər seçkiqabağı təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlə Maddə 78. … kiqabağı təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır (bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövri nəşrlər istisna olmaqla).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver