QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 79

Maddə 79. Mediada seçkiqabağı təşviqata ayrılan efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatı

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

79.1. Qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müvafiq olaraq pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə yer ayıran televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada ayrılmış efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və bu qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra onların qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat verməlidirlər.

79.2. Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver