80.1. Prezidentliyə namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin 77.2-ci maddəsində göstərilən televiziya və radio yayımçısının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.
80.2. Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarının, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin 77.3-cü maddəsində göstərilən televiziya və radio yayımçılarının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.
80.3. Bələdiyyə üzvlüyünə namizədlərin, üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqat aparmaq məqsədi ilə bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan televiziya və radio yayımçılarının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.
80.4. Bu Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşvi Maddə 80. … ərilən müddət başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında, onların verdikləri ərizə əsasında, bu Məcəllənin 80.7-ci maddəsinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir.
80.5. Bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan televiziya və radio yayımçılarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan televiziya və radio yayımçılarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi isə həftədə 1 saat 30 dəqiqədən az ola bilməz, həmin yayımçıların proqramlarının ümumi vaxtı gün ərzində 2 saatdan az olarsa, göstərilən efir vaxtı proqramların ümumi həcminin 1/4 hissəsindən az olmamalıdır. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır.
80.6. Televiziya və radio yayımçılarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
80.7. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının televiziya və radio yayımçıları nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir. Püşkatmanın ke Maddə 80. … nin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir. Püşkatmanın keçirilməsində bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin iştirak etmək hüququ vardır. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir. Püşkatma nəticəsində efir vaxtının bölgüsü cədvəli bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
80.8. Televiziya və radio yayımçılarının namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna pulsuz efir vaxtı verilməsi ilə əlaqədar çəkdikləri xərclər həmin televiziya və radio yayımçılarına dövlət büdcəsindən ödənilir.