81.1. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan televiziya və radio yayımçılarının kanallarında seçkiqabağı təşviqat televiziya və radio yayımçısı ilə bağlanmış müqaviləyə uyğun olaraq başlayır.
81.2. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulan televiziya və radio yayımçıları seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Bələdiyyə üzvlüyünə namizədlər və üzvlərinin sayı 20 mindən az olan referendum üzrə təşviqat qrupları həmin vaxtdan istifadə edə bilməzlər. Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. Hər bir televiziya və radio yayımçısının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi bu Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz.
81.3. Qeydə alınmış hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupları üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümu Maddə 81. … üzrə təşviqat qrupları üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
81.4. Bu Məcəllənin 81.2-ci maddəsində göstərilən efir vaxtı televiziya və radio yayımçıları tərəfindən bu Məcəllənin 80.4-cü maddəsində göstərilən müddətdə təqdim edilməlidir. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması vaxtı və tarixi namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupları səlahiyyətli nümayəndələrinin verdikləri müvafiq bildiriş əsasında onların iştirakı ilə keçirilən püşkatma nəticəsində televiziya və radio yayımçıları tərəfindən müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 80.4-cü maddəsində müəyyənləşdirilmiş müddətdə keçirilməlidir. Efir vaxtı püşkatma keçirildikdən sonra bağlanmış müqavilə əsasında təqdim edilir.
81.5. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu püşkatma keçirildikdən sonra efir vaxtından istifadə etməkdən imtina edərsə, efirə çıxmağa 2 gün qalmış müvafiq televiziya və radio yayımçılarına bu barədə məlumat verməlidir, televiziya və radio yayımçıları, seçkiqabağı təşviqat məqsədləri üçün istifadə istisna olmaqla, sərbəstləşmiş efir vaxtından öz mülahizəsi üzrə istifadə edir.
81.6. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan televiziya və radio yayımçılarının qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi pa Maddə 81. … Məcəllənin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan televiziya və radio yayımçılarının qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına efir vaxtı verməsi və onun dəyərinin ödənilməsi bərabər əsaslarla və şərtlər üzrə həyata keçirilir. Həmin tələblərə, habelə bu Məcəllənin 78.2-ci maddəsinin tələbinə əməl etməyən televiziya və radio yayımçıları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat məqsədləri üçün efir vaxtı ayıra bilməz.
81.7. Ödənişli efir vaxtı verilməsi haqqında müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:
81.7.1. seçkiqabağı təşviqatın forması;
81.7.2. efirə çıxma vaxtı və tarixi;
81.7.3. verilən efir vaxtının müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi;
81.7.4. aparıcı jurnalistin televiziya və radio proqramları prosesində iştirakı forması və şərtləri qeyd olunmaqla müqavilə şərtləri yerinə yetirildikdən sonra həmin proqramların cədvəli, proqramın adı və efirə çıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır.
81.8. Efir vaxtı dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəmə tapşırığını qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu efir vaxtının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Müvafiq bank ödəniş tapşırığını aldıqdan sonra pul vəsaitini gecikdirməd Maddə 81. … tının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Müvafiq bank ödəniş tapşırığını aldıqdan sonra pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin həyata keçirilməsi müddəti iki bank günündən çox olmamalıdır.
81.9. Efir vaxtı dəyərinin ödənişi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu və referendum üzrə təşviqat qrupunun seçkiqabağı maliyyə fondu (bundan sonra — seçki fondu) vəsaitləri hesabına həyata keçirilməlidir.
81.10. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu dəyəri ödənilmiş efir vaxtından istifadə zamanı bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozduqda, televiziya və radio yayımçıları efir vaxtının verilməsi haqqında müqavilənin ləğvi üçün məhkəməyə müraciət edə bilərlər. Müqavilə ləğv edildikdə televiziya və radio yayımçılarının sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək hüququ yoxdur.
81.11. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.