QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 82

Maddə 82. Televiziya və radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələ blər

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

82.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq qadağan edilir.

82.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 77.1-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının kanallarında verilməsini digər televiziya və radio proqramlarının verilməsi ilə dayandırmaq qadağandır.

82.3. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının seçkiqabağı tədbirlərinin keçirilməsi haqqında məlumatlar, bir qayda olaraq, televiziya və radio proqramlarında məlumatların şərhsiz göstərildiyi proqramların başlanğıcında verilməlidir. Belə məlumatlara sərf edilən efir vaxtının dəyərini qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları ödəmirlər. Bu halda seçkiqabağı təşviqatın işıqlandırılmasında hər hansı bir qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna üstünlük verilməməlidir.

82.4. Seçkiqabağı təşviqata aid televiziya və radio proqramlarının video və audio yazısı aparılır, həmin yaz Maddə 82. … at qrupuna üstünlük verilməməlidir.

82.4. Seçkiqabağı təşviqata aid televiziya və radio proqramlarının video və audio yazısı aparılır, həmin yazılar efirə çıxdığı gündən 12 ay müddətində müvafiq televiziya və radio yayımçıları tərəfindən qorunub saxlanılır. Televiziya və radio yayımçıları pulsuz və ödənişli efir vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver