QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 83

Maddə 83. Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın pulsuz əsaslarla aparılması şərtləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Prezidentliyə namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin 77.2-ci maddəsində göstərilən, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.

83.2. Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarının, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı pulsuz aparılmaq məqsədi ilə bu Məcəllənin 77.3-cü maddəsində göstərilən, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.

83.3. Bələdiyyə üzvlüyünə namizədlərin, üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə vətəndaşların təşəbbüs qruplarının seçkiqabağı təşviqatı aparılmaq məqsədi ilə bu Məcəllənin 77.4-cü maddəsində azı həftədə bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.

83.4. Bu Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının verdiklə Maddə 83. … üddət başlandıqdan sonra, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının verdikləri ərizələr əsasında pulsuz nəşr səhifələrindən istifadə məqsədilə onların arasında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada püşkatma bir həftə müddətində keçirilir.

83.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq səhifələr ayırırlar.

83.6. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşrlərin redaksiyalarının hər birinin qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına pulsuz ayırdığı nəşr səhifələrinin həftəlik ümumi həcmi bu Məcəllənin 75-ci maddəsi ilə müəyyənləşdirilmiş dövrdə həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir. Həmin dövrdə seçkiqabağı təşviqat məqsədləri üçün dövri nəşrin pulsuz təqdim etdiyi səhifələrin ümumi həcmini bu nəşrin redaksiyası seçkilərin təyin edilməsi barədə qərarın (sərəncamın) rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək elan edir. Göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına dövri nəşrlərin səhifələrində bərabər həcmdə yer ayırırlar.

83.7. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərin pulsuz nəşr səhifələrindəki yerin ümumi həcminin bölgüsü həmin həcmin müvafiq ola Maddə 83. … əllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərin pulsuz nəşr səhifələrindəki yerin ümumi həcminin bölgüsü həmin həcmin müvafiq olaraq bu dövri nəşrlərdə seçkiqabağı materialları pulsuz dərc etdirmək hüququ olan qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

83.8. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqat materiallarının pulsuz dərcinin tarixi maraqlı şəxslərin iştirakı ilə dövri nəşrlərin redaksiyalarında keçirilən püşkatma yolu ilə müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandığı gün keçirilir. Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, habelə bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər iştirak edə bilərlər. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.

83.9. Qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılmasına dövri nəşrlərin redaksiyalarının çəkdikləri xərclər dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən maliyyələşdirmə hesabına ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver