Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Səhmdarın məlumat vermək vəzifəsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Xarici sığortaçı olan səhmdar və ya sığortaçıda mühüm iştirak payına malik olan yerli hüquqi şəxs aşağıda göstərilən müvafiq halın baş verdiyi tarixdən etibarən 10 iş günü müddətində bu barədə Mərkəzi Banka məlumat verməlidir:

23.1.1. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan şəxsin dəyişməsi;

23.1.2. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan fiziki və ya hüquqi şəxsin müvafiq olaraq vətəndaş qüsursuzluğuna, yaxud işgüzar nüfuzuna təsir göstərən halın yaranması;

23.1.3. yerli və ya xarici hüquqi şəxsin rəhbər işçisinin vətəndaş qüsursuzluğuna təsir göstərən halın yaranması;

23.1.4. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan şəxsin həmin hüquqi şəxsin nizamnamə kapitalındakı payının əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən miqdarda azalması;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver