31.1. Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir.
31.2. İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
31.4. İdarə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir, yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
31.5. İdarə Heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
31.6. İdarə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin səsi həlledici sayılır.
31.7. İdarə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə əsasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.
31.8. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə sığortaçının maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə sığortaçının maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.