33.1. Sığortaçının Audit Komitəsinin səlahiyyətləri aşağıdakılardır:
33.1.1. sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;
33.1.2. daxili audit planlarını təsdiq etmək;
33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
33.1.4. Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;
33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;
33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.