43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir.
43.2. Sığorta və təkrarsığorta fəaliyyətinə lisenziya müddətsiz verilir.
43.4. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə Mərkəzi Bank tərəfindən iki mərhələdə baxılır:
43.4.1. təsisçilər və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;
43.4.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılması.