Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə bu Qanunun 44.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 45.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.

45.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.

45.3. Mərkəzi Bankın lisenziya verilməsi üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

45.4. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə müraciət edənə bu Qanunun 45.1-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver