54.1. Mərkəzi Bank verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır.
54.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
54.2.1. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;
54.2.2. lisenziyaların verilmə tarixi, nömrəsi və qeydiyyat nömrəsi;
54.2.3. lisenziyanın verilməsinə dair Mərkəzi Bankın qərarının tarixi və nömrəsi;
54.2.4. fəaliyyət növünün adı;
54.2.5. lisenziyanı imzalayan məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
54.2.6. lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti;
54.2.7. lisenziyanın qüvvəsinin məhdudlaşdırılması tarixi və müddəti;
54.2.8. lisenziyanın ləğv edildiyi tarix.
54.3. Lisenziyanın verilməsi, qüvvəsinin məhdudlaşdırılması və ya dayandırılması, həmçinin ləğv edilməsi barədə reyestrdə qeydiyyat müvafiq qərar qüvvəyə mindiyi tarixdə aparılır.
54.4. Mərkəzi Bank lisenziyaların reyestr məlumatlarını özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.