Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55

Maddə 55. Sığorta növünün aparılmasına icazə

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55.1. Sığortaçı könüllü sığorta növü üzrə fəaliyyətini Mərkəzi Bankın verdiyi icazə əsasında həyata keçirir.

55.2. Sığortaçının könüllü sığorta növləri üzrə fəaliyyətinə icazə bu Qanunun 16.5-cı maddəsində nəzərdə tutulmuş müvafiq qaydaların mövcud olması halı istisna edilməklə müvafiq sığorta qaydaları Mərkəzi Bankla razılaşdırıldıqdan sonra verilir.

55.3. İcbari sığorta növləri üzrə fəaliyyət Mərkəzi Bankdan icazə alındıqdan sonra həyata keçirilir.

55.4. Sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı müraciət lisenziya alınması üçün yekun müraciətlə birlikdə, həmçinin lisenziyanın qüvvədə olduğu müddət ərzində Mərkəzi Banka təqdim edilə bilər.

55.5. Könüllü sığorta növü üzrə sığorta qaydalarına sığortaçının etdiyi dəyişikliklər Mərkəzi Bankla razılaşdırıldıqdan sonra tətbiq edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver