Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın əsasları

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1 Mərkəzi Bank sığortaçıya sığorta növünü aparmağa icazə verməkdən aşağıdakı əsaslardan biri olduqda imtina edir:

56.1.1. sığortaçının sığorta qaydalarının müddəaları mövcud normativ hüquqi və normativ xarakterli aktlara zidd olduqda;

56.1.2. sığortaçının sığorta qaydalarında sığortalıların, sığorta olunanların, yaxud faydalanan şəxslərin qanuni mənafelərinə uyğun olmayan müddəalar nəzərdə tutulduqda;

56.1.3. müvafiq sığorta qaydaları üzrə sığorta haqlarının tarif dərəcələri düzgün əsaslandırılmadıqda, yaxud aktuar hesablamalar adekvat olmadıqda;

56.1.4. bu Qanunun tələblərinə əməl edilməməsinə görə Mərkəzi Bank tərəfindən verilmiş hər hansı təqdimatın və ya tətbiq edilmiş sanksiyanın tələblərinin yerinə yetirilməsi başa çatdırılmamış olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver