80.1. Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın Mərkəzi Bank tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.
80.2. Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov götürülmüş və ya qanunsuz yolla əldə edilmiş əmlakdan, habelə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sığortaçıların nizamnamə kapitalının formalaşdırılması istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.