85.1. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 84.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.
85.2. Mərkəzi Bank müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə bu Qanunun 84.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, həmin müraciət əsasında 83.2.4-cü maddəsinin tələbinə uyğunluğu təsdiq edən 121-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışdan, həmçinin 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
85.3. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.