86.1. Mərkəzi Bank lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir. Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, fiziki şəxs, habelə hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxsin rəhbər işçiləri kimi təyin edilməsi nəzərdə tutulan şəxsləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda Mərkəzi Bank lisenziyanın verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir.
86.2. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya Mərkəzi Bank tərəfindən fiziki şəxs olan sığorta vasitəçisinin özünə və ya hüquqi şəxs olan sığorta vasitəçisinin səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.