Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 87

Maddə 87. Sığorta vasitəçilərinin lisenziyalarının forması, yenilənməsi və reyestri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

87.1. Bu Qanunun 87.2-ci maddəsi nəzərə alınmaqla, sığortaçıların lisenziyasının forması ilə bağlı 53-cü maddəsinin, reyestri ilə bağlı 54-cü maddəsinin və yenilənməsi ilə bağlı 60-cı maddəsinin müvafiq tələbləri sığorta agentlərinin və sığorta brokerlərinin lisenziyalarının formasına, reyestrinə və yenilənməsinə də tətbiq edilir.

87.2. Sığorta vasitəçilərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq olaraq «sığorta agenti fəaliyyəti» və ya «sığorta brokeri fəaliyyəti» qeyd edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver