Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 88

Maddə 88. Sığorta vasitəçilərinə dair əlavə tələblər

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

88.1. Sığorta brokeri müvafiq lisenziya aldıqdan 10 iş günü müddətində öz peşə məsuliyyətini Mərkəzi Bankın müəyyən etdiyi məbləğdə sığorta etdirməli və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır.

88.2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığorta etdirilməsi zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq sığortaçı məsuliyyət daşıyır.

88.3. Fiziki şəxs sığorta vasitəçisi, habelə bu Qanunun 83.3-cü, 83.4-cü və 88.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankda attestasiyadan keçdiyi tarixdən hesablanmaqla 5 ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməlidir.

88.4. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxsin əmək müqaviləsi və mülki-hüquqi müqavilə əsasında sığorta vasitəçiliyi fəaliyyətinə cəlb edilmiş əməkdaşları bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Mərkəzi Bankda attestasiyadan keçməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver