89.1. Aşağıda göstərilən şəxslər istisna edilməklə, hər bir şəxs sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və iştirakçısı ola bilər:
89.1.1. bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;
89.1.2. aşağıdakı tələblərə cavab verməyən xarici şəxs:
89.1.2.1. ən azı son 5 il ərzində müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olması;
89.1.2.2. öz ölkəsində müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmasının qadağan edilməməsi.
89.1.3. siyasi partiyalar;
89.1.4. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar).
89.2. Hüquqi şəxs olan sığorta brokerinin təsisçisi və iştirakçısı eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
89.3. Xarici sığorta brokerlərinin Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.