Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 90

Maddə 90. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

90.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən edilməlidir.

90.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

90.3. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.

90.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq «sığorta brokeri» və “sığorta agenti” sözləri olmalıdır.

90.5. Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», yaxud «respublika» sözlərindən istifadə edilməsi qadağandır.

90.6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

90.7. Bu Qanunun 90.1-ci və 90.6-cı maddəsinin tələbləri öz adında nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi şəxsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver