91.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və baş mühasibi onun rəhbər işçiləridir.
91.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi ali təhsilə, həmçinin məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.
91.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş təcrübəsinə malik olmalıdırlar:
91.3.1. icra orqanın rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat işçisi kimi ən azı 2 il;
91.3.2. baş mühasibi – mühasib kimi ən azı 2 il.