Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 96-1

Maddə 96-1. Sığortaçıya maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədi ilə tətbiq olunan tədbirlər

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96-1.1. Mərkəzi Bank sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya aşağıdakı hallarda bu Qanunun 96-1.2-ci maddəsində nəzərdə tutulan tədbirləri tətbiq edir:

96-1.1.1. Mərkəzi Banka sığortaçı tərəfindən təqdim olunmuş hesabatlardan və (və ya) Mərkəzi Bank tərəfindən əldə edilmiş və sənədlərlə təsdiq olunmuş faktlardan sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğindən az olması müəyyən edildikdə;

96-1.1.2. sığortaçı sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər, Mərkəzi Bank, İcbari Sığorta Bürosu və digər şəxslər qarşısında olan öhdəliklərini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər öhdəliklərini ardıcıl olaraq 3 ay ərzində tam icra etmədikdə və bu barədə Mərkəzi Bank tərəfindən verilmiş xəbərdarlıqdan sonra 30 gün ərzində həmin xəbərdarlıqda göstərilən öhdəlik tam icra edilmədikdə.

96-1.2. Maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya tətbiq olunan tədbirlər aşağıdakılardır:

96-1.2.1. sağlamlaşdırma planının hazırlanmasının və tətbiqinin tələb edilməsi;

96-1.2.2. sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılmasının və azad edilməsinin tələb edilməsi;

96-1.2.3. sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver