96-4.1. Aşağıdakı hallardan biri və ya bir neçəsi mövcud olduqda Mərkəzi Bank sığortaçıya müvəqqəti inzibatçı təyin edir:
96-4.1.1. sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 80 faizindən aşağı düşdükdə;
96-4.1.2. bu Qanunun 96-1.1.2-ci maddəsində göstərilən hal mövcud olduqda;
96-4.1.3. sığortaçı bu Qanunun 96-3.4-cü, 96-3.5-ci, 96-3.6-cı və ya 96-3.7-ci maddələrinin tələblərini icra etmədikdə.
96-4.2. Mərkəzi Bank müvəqqəti inzibatçını təyin edərkən onun funksiyalarını və səlahiyyətlərinin həcmini müəyyən edir.
96-4.3. Müvəqqəti inzibatçının funksiyalarına sığortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması, fəaliyyətinin tam və ya bir hissəsinə nəzarətin həyata keçirilməsi, sığortaçının işinin səmərəli idarə edilməsi və sığortaçının biznes strategiyasının dəyişdirilməsi daxildir.
96-4.4. Müvəqqəti inzibatçı təyin olunan andan səlahiyyətləri bitənədək Mərkəzi Bank tərəfindən sığortaçıya sanksiyaların və təqdimatların verilməsi dayandırılır.