QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 21

Maddə 21. Su təsərrüfatı balansları

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir. Su təsərrüfatı balansları müvafiq ərazilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların qəbul edilməsi üçün istifadə olunur. Su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib edilir. Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver