Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanır. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 22
Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver