Su obyektlərinin istifadəsini, mühafizəsini və suların zərərli təsirinin qarşısının alınması tədbirlərini hazırlamaq və həyata keçirmək üçün su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət su kadastrı məlumatları əsasında dövlət proqramları işlənib hazırlanır. Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin və ictimai təşkilatların təkliflərini nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş qaydada işlənib hazırlanır və yerinə yetirilir. Bu proqramların layihələrinə dair “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.
Qanunvericilik › Azərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 23
Maddə 23. Su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları
Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver