QanunvericilikAzərbaycan Respublikasının Su Məcəlləsi › Maddə 24

Maddə 24. Su obyektlərinin dövlət monitorinqi

Azərbaycan Respublikasının Su Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su obyektlərinin dövlət monitorinqi onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən su mühafizəsi tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir. Su obyektlərinin dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib hissəsidir. Su obyektlərinin dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanları tərəfindən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver