Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir.

12.2. Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (qida) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.

12.3. Belə şərabların hazırlanmasında istifadə edilən üzümlərdə şəkərlilik dərəcəsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Hər şərab növünə onun hazırlanması üzrə ayrıca reseptura təsdiq olunur.

12.5. İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı barədə əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

12.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq etiketləşdirilir.

12.7. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların və şərab məhsullarının yararlılıq müddəti müvafiq standartlarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver