13.1. Brendi (konyak) istehsalı üzümdən hazırlanmış şərab materialından spirtin çəkilməsi, dincə qoyulması və son məhsulun istehsalı kimi texnoloji prosesləri əhatə edir.
13.2. Keyfiyyət göstəricilərinə və konyak spirtinin yararlılıq müddətinə görə brendilər (konyaklar) 5 ilə qədər dincə qoyulan adi (ordinar) və 5 ildən artıq dincə qoyulan yüksək keyfiyyətli (markalı) brendilərə (konyaklara) bölünür.
13.3. Yüksək keyfiyyətli (markalı) brendi (konyak) istehsalı üçün konyak spirti yalnız palıd çəlləklərdə və yaxud palıd taxtalar döşənmiş emal çənlərində dincə qoyulur.
13.4. Yüksək keyfiyyətli (markalı) brendinin (konyakın) istehsalı proseslərində kükürd anhidridindən istifadə edilməsinə yol verilmir.
13.5. Brendi (konyak) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara riayət edilməklə istehsal olunur.