Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Vəkillər Kollegiyası üzvlərinin "ümumi yığıncağı" (konfransı)

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməni təsdiq etmək və onlarda dəyişiklik etmək;

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;

Vəkillər Kollegiyasının büdcəsini, üzvlük haqqının məbləğini, vəkillərin müraciətləri əsasında onların müəyyən dövr üzrə üzvlük haqqını ödəməkdən azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının məbləğinin azaldılması qaydasını, Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin, tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin monitorinqinin aparılması qaydasını, vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydasını, order markasına görə ödəniş məbləğini, vəkil qurumlarının yaradılması qaydasını, vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayını müəyyən etmək;

vəkilliyin rəsmi embleminin, vəkillərin xüsusi geyim formasının təsvirini və Vəkillər Kollegiyasının maliyyə-təsərrüfat hesabatını təsdiq etmək.

I-I. Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.

III. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı (konfransı) Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edir.

IV. Vəkillər Kollegiyası üzvlərinin konfransı təmsilçilik normaları əsasında və bu maddənin I hissəsində nəzərdə tutulmuş səlahiyyətlər daxilində keçirilir. Vəkillər Kollegiyası üzvlərinin konfransının çağırılma və keçirilmə qaydası Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver