Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Vəkillər Kollegiyası

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu vahid Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.

II. Vəkillər Kollegiyası qeyri-kommersiya hüquqi şəxsdir.

III. Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

IV. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanlarıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.

V. Vəkillər Kollegiyası aşağıdakı vəzifələri həyata keçirir:

bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini həll edir;

bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir;

hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir;

vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı nəzarət orqanının funksiyalarını həyata keçirir;

dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edir;

bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir.

VI. Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıla bilər. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver