Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8-1

Maddə 8-1. Vəkilin köməkçisi

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər. Bu Qanunun 8-ci maddəsinin II hissəsində qeyd olunan şəxslər vəkil köməkçisi ola bilməzlər.

II. Vəkilin köməkçisi vəkil qurumu ilə, vəkillik fəaliyyəti fərdi qaydada həyata keçirildikdə isə vəkillə bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir.

III. Vəkilin köməkçisi öz fəaliyyətini vəkilin rəhbərliyi altında və onun qanuni tapşırıqlarını yerinə yetirməklə həyata keçirir. Vəkilin köməkçisi müstəqil olaraq vəkillik fəaliyyəti ilə məşğul ola bilməz.

IV. Vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin davranış qaydalarına riayət etməlidir.

V. Vəkil köməkçisinə dair məlumatlar vəkil reyestrinin xüsusi bölməsinə daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver