I. Xidməti və mülki silahın istehsalını bunun üçün xüsusi icazəsi olan müəssisələr həyata keçirirlər.
II. Xidməti və mülki silah dövlət müəssisələrində və ya dövlət mülkiyyətinin payı 51 faizdən az olmayan müəssisələrdə istehsal olunur.
III. Hazırlanmış xidməti və mülki silahın və onun döyüş sursatının hər vahidi istifadə təhlükəsizliyi tələblərinə uyğunluğunu təsdiq etmək üçün məcburi sınaqdan keçirilir, ona Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti və mülki silahın sonrakı damğalanması və ya standartlara uyğunluğu barədə işarələr vurulur. Hazırlanmış hər silah vahidinin öz nömrəsi olur.