I. Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
II. Mülki silahın nadir nüsxələri bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilir və Azərbaycan Respublikasından aparılır.
III. Bir şəxsə məxsus incəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların sayı (yivli mülki silah istisna olmaqla) məhdudlaşdırılmır.