Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Xidməti silah istifadəçisinin hüquqları və vəzifələri

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Xidməti silah istifadəçisinin aşağıdakı hüquqları vardır:

1) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada silahı saxlamaq və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirmək;

2) Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada silah tətbiq etmək.

II. Xidməti silah istifadəçisi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1) bu Qanunun tələblərinə əsasən silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi barədə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara riayət etməli;

2) silahın tətbiqi şəraitində yararlılığının müəyyən edilməsi üçün vaxtaşırı silahı yoxlamadan keçirməli;

3) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada silahın və döyüş sursatının saxlanılmasını təmin etməli;

4) müvafiq silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə itdikdə, sənədin itdiyi şəraiti göstərməklə şəhadətnaməni vermiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver