Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Mülki silah sahibinin hüquqları və vəzifələri

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Mülki silah sahibinin aşağıdakı hüquqları vardır:

1) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əldə edilmiş mülki silaha və döyüş sursatına sahib olmaq, istifadə etmək və sərəncam vermək;

2) mülki silahı könüllü və ya rekvizisiya üzrə təhvil verərkən bunun üçün kompensasiya almaq.

II. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə olmadan həmin silahın döyüş sursatlarını hazırlaya bilər.

III. Mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli;

2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli;

3) silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etməli;

4) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada buna səlahiyyət verilmiş əməkdaşları silah saxlanılan yerə buraxmalı və onlara zəruri sənədi — müvafiq olaraq mülki silahın əldə edilməsinə xüsusi icazəni və yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməni təqdim etməli;

5) silahın və döyüş sursatlarının itməsi barədə dərhal Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver