Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Xidməti və mülki silahın dövriyyəsi

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir.

II. Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında:

1) bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi;

2) ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;

3) ümumi uzunluğu 800 millimetrdən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahının dövriyyəsi;

4) başqa əşyalara bənzədilmə formasında olan odlu silahın dövriyyəsi;

5) xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi;

6) tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə malik döyüş sursatlarının, eləcə də qırma güllələri ilə döyüş sursatlarının dövriyyəsi;

7) zədələyici təsiri elektrik enerjisinə, radioaktiv şüalanmadan və bioloji amillərdən istifadəyə əsaslanan silah və başqa əşyaların dövriyyəsi;

8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən istifadəsinə razılıq verilməyən gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin təsiri hesabına orta dərəcəli zədələnməyə səbəb olan qaz silahının dövriyyəsi;

9) özünümüdafiə məqsədi ilə xüsusi təyinatlı güllələrlə doldurulmuş (polad özəkli, zireh deşən, işıqlandırıcı, dağıdıcı, ekspansiv tipli), eləcə də bütün növ boğucu qazlarla və gecə optik cihazı ilə təchiz edilmiş qaz tapançasının dövriyyəsi;

10) xidməti və mülki silahda səssiz atəş və gecə nişangahları üçün qurğuların quraşdırılması;

11) kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi;

12) fiziki şəxslər, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan hüquqi şəxslər tərəfindən silahın göndərilməsi;

13) mitinqlərin, küçə yürüşlərinin, nümayişlərin, piketlərin və digər kütləvi tədbirlərin keçirilməsi zamanı vətəndaşların silah gəzdirməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver