I. Azərbaycan Respublikasında xidməti və mülki silahın dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
II. Xidməti və mülki silahın dövriyyəsinə nəzarəti həyata keçirmək səlahiyyəti olan orqan:
1) silaha və onun istehsal olduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yerə baxış keçirə;
2) nəzarət funksiyalarının yerinə yetirilməsindən ötrü hüquqi və fiziki şəxslərdən müvafiq sənədləri, yazılı və ya şifahi məlumatları tələb edə;
3) yol verilmiş pozuntuları aşkar etdikdə bu pozuntuların aradan qaldırılması üçün vətəndaşlar və vəzifəli şəxslər üçün məcburi olan göstərişlər verə;
4) qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri görə bilər.